Belarusun 30-dan artıq zavodu ilə əməkdaşlıq şəbəkə Azərbaycanda genişlənəcək

Hazırda Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsinin dörd mağazası fəaliyyət göstərir və burada fəaliyyətin genişləndirilməsi planlaşdırılır.

 

Marja” xəbər verir ki, bunu  “Aznur” şirkətinin direktoru Nərgiz İsgəndərzadə bildirib.

 

“Aznur” şirkətinin Azərbaycanda idarə etdiyi “Belarusskiy” ticarət şəbəkəsi “WorldFood Azerbaijan 2017” sərgisində debüt edir. Sərgidə iştirak etməkdə əsas məqsəd böyük auditoriyanı mağazalar şəbəkəsində təqdim edilmiş məhsul çeşidləri ilə tanış etməkdir:

 

“Məhsul çeşidi genişdir: bura ət və süd məhsulları, konfetlər, un, qənnadı məmulatları, içkilər, dondurulmuş giləmeyvə və tərəvəzlər, dondurmalar, tərəvəz konservləri və digər məhsullar daxildir. Bütün ticarət şəbəkəsi Belarusun təbii inqrediyentlərindən istifadə edən aparıcı müəssisələrin məhsullarının satışını həyata keçirir. Biz Belarusun otuzdan artıq zavodu ilə əməkdaşlıq edirik. Hazırda Azərbaycanda şəbəkənin dörd mağazası fəaliyyət göstərir və burada fəaliyyətin genişləndirilməsi planlaşdırılır.

 

“WorldFood Azerbaijan 2017” sərgisində məhsul nümunələrinin təqdim edilməsi bizə mağazalar şəbəkəsi barədə məlumat yaymaq baxımından əla imkan verərək, son nəticədə satışı təşviq etməyə və eyni zamanda, müəssisəmizin kommunikasiya, qiymət, satış və ticarət siyasətini reallaşdırmağa şərait yaradır”.

19 May 2017, 09:07   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]