Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Azərbaycan bazarında olmayan yeni məhsulu təqdim edirik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan bazarında olmayan yeni məhsulu təqdim edirik”

Litvanın “Pieno Zvaigzdes” şirkəti Azərbaycan bazarında daha da möhkəmlənmək niyyətindədir.

 

Reklam_3_11

“Mirlex Trading” distribusiya şirkətində satış departamentinin rəhbəri Tural Həsənov bildirib ki, çalışdığı şirkət Bakıda və Azərbaycanın regionlarında Litvanın “Pieno Zvaigzdes” şirkətinin “Сваля” (Svalya) brendini təqdim edir.

 

Bazarda uzun illər fəaliyyət göstərməklə, biz ilk növbədə məhsullarımızın yüksək keyfiyyəti ilə etibar qazanmışıq. Avropada südün qiymətinin bahalaşma təmayülünə baxmayaraq, biz qiymətləri ilin əvvəlində olduğu kimi saxlamağa çalışırıq. İstehsal edilmiş məhsulların keyfiyyəti ilə yanaşı, qablaşdırma materialına da xüsusi diqqət yetirilir. Məsələn, ən keyfiyyətli məhsullardan biri olan xama karton qutuda qablaşdırılıb, çünki karton plastik ilə müqayisədə, bu, ekoloji baxımdan daha təmiz materialdır. Bu gün stendimizdə artıq tanınmış pendir, xama, şor məhsulları ilə yanaşı,  hələ Azərbaycan bazarında olmayan yeni məhsulu da təqdim edirik. Bu, zülal ilə zəngin olan, üç dəfə daha çox süddən istifadə edilmiş  “Греческий” (“Qreçeyskiy”) yoqurt məhsul xəttidir. Hazırda bu məhsul daha da populyarlaşmaqdadır, çünki insanlar sağlamlıqlarına və zülalı qidalara daha çox maraq göstərirlər. Ziyarətçilər yeni məhsulları maraqla öyrənirlər. Biz mağazalarda sınaq və nümunəgötürmə proseslərini həyata keçirəcəyik”.  

19.05.2017 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ