Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Moody's" agentliyi "ABB-Moskva"nın reytinqini müşahidə altına alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Moody's" agentliyi "ABB-Moskva"nın reytinqini müşahidə altına alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Moody's" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı (ABB)-Moskva"nın uzunmüddətli xarici və yerli valyutada olan reytinqini azaltmaq üçün müşahidə altına alıb.

Reklam_3_11

 

Hazırda Bankın uzunmüddətli yerli və xarici valyutada reytinqi "B2", baza kredit qiymətləndirməsi üzrə "b3", tənzimlənmiş baza kredit qiymətləndirməsi üzrə "b2" və uzunmüddətli kontragentin risk qiymətləndirilməsi üzrə reytinqini "B1" səviyyəsində yer alıb.

 

Agentlik "ABB-Moskva"nın kredit reytinqinə baxılması ilə bağlı qərarını Bankın təsisçisi olan ABB-nin reytinqinin mayın 15-də "Caa3" səviyyəsinə endirməsi ilə əlaqələndirib. "ABB-Moskva"nın reytinqinin dəyişdirilməsi ABB-nin borclarının restrukturizasiyası planı, hökumətin ABB qrupa gələcəkdə dəstəyi və ABB-nin depozit reytinqinə təsiri ilə əlaqədar baş tutacaq.

 

"ABB-Moskva"nın uzunmüddətli kredit reytinqinin azaltmaq üçün müşahidə altına alınması Azərbaycan dövlətinin ABB qrupuna qeyri-müəyyən dəstəyi və ABB ilə "ABB-Moskva"nın mövcud əlaqələri ilə izah edilib. Belə ki, 2017-ci ilin ilk rübünün sonuna "ABB-Moskva"nın aktivlərinin 75%-i banklararası kredit formasında ABB-də yerləşdirilib. Təsisçi bank isə öz növbəsində "ABB-Moskva"nın öhdəliklərinin 20%-ni maliyyələşdirib.

 

Agentlik AB-nin borclarnın restrukturizasiyası planı bitdikdən və hökumətin Banka dəstəyi ilə bağlı məlumatların əldə edilməsindən sonra "ABB-Moskva"nın kredit reytinqinin azaldılması ilə bağlı qərarını açıqlayacaq.

 

©Report

19.05.2017 08:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ