Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kanadanın neft şirkəti Azərbaycandakı əməliyyatlarına rəhbər təyin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kanadanın neft şirkəti Azərbaycandakı əməliyyatlarına rəhbər təyin edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı əməliyyatlarına (“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları) rəhbər təyin edib.

Reklam_3_11

 

Şirkətin yaydığı məlumata görə, Maykl Palmer (Michael Palmer) Azərbaycandakı əməliyyatlar üzrə baş direktor təyin edilib.

 

Qeyd olunub ki, M.Palmerin neft sənayesində hasilat əməliyyatları, kəşfiyyat və yataqların işlənməsi üzrə 37 illik təcrübəsi var. O, Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, Ukrayna, Suriya, İndoneziya, Qabon, Qvineya və ABŞ-da çalışıb: “Palmerin ən vacib nailiyyətlərindən biri beynəlxalq neft şirkəti tərəfindən istismar edilən Azərbaycanın quru yatağından birində əməliyyatların uğurlu idarə edilməsi olub. Onun idarəçiliyi altında həmin yataqda əməliyyatlar iqtisadi cəhətdən uğurlu olub və gündəlik hasilat təxminən 1 500 bareldən 7 500 barelə qədər artıb. Bu uğurdan sonra həmin aktiv satılıb və Palmer vəzifəsini tərk edib”.

 

Şirkətin baş icraçı direktoru Andrea Kattaneo M.Palmerin Azərbaycandakı əməliyyatlar üzrə baş direktror təyinatını elan etməkdən məmnun olduğunu bildirib. Baş icraçı direktor qeyd edib ki, onun neft və qaz əməliyyatlarında xüsusilə də Azərbaycandakı önəmli texniki təcrübəsi “Zenith” üçün böyük fayda gətirəcək: “İnanıram ki, bu təyinat bizim fəaliyyətimizə önəmli təkan verəcək”.

 

Əməliyyatlar üzrə yeni baş direktor M.Palmer şirkətin Azərbaycandakı aktivlərində böyük potensial gördüyünü bildirib.

 

Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən ötən il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

 

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

 

© Report

19.05.2017 08:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ