Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

MBNP banklar qarşısında İT təhlükəsizliyi ilə bağlı yeni tələblər qoyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
MBNP banklar qarşısında İT təhlükəsizliyi ilə bağlı yeni tələblər qoyub

 

"Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank və xidmət mərkəzlərinə qısa müddətdə tətbiq edilməsi üçün İT təhlükəsizliyi ilə bağlı tələblər toplusu göndərib".

 

Bunu bu gün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə "Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi" mövzusuna həsr olunan "Risklərin İdarəedilməsi Forumu - 2017" forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət departamentinin böyük analitiki İlqar Hidayətov deyib. Onun sözlərinə görə, ölkədə İT risklərin qiymətləndirilməsi üzrə tələblər müəyyən edilsə də, dünyada İKT sektorunun inkişafı və kiberhücumların genişlənməsi bu sahəyə diqqətin artırılmasını zəruri edir.

 

"Banklara göndərilən tələblər toplusunda risklərin müəyyən edilməsi, e-maillərin qorunması, məlumat kanallarının şifrələnməsi, şəbəkənin seqmentləşməsi, risklərin yoxlanılması və nəzarətin aparılması, işçilərin bu sahədə biliklərini  artırılması ilə bağlı tələblər qoyulub",- deyə İ. Hidayətov vurğulayıb.

 

©APA

19.05.2017 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ