Azərbaycanın Qazaxıstana ixracı artıb

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməliyyatların həcmi bu ilin yanvar-aprel aylarında yüksəlib. Bu rəqəm 2016-cı ilin analoji dövrü ilə müqayisədə 9% təşkil edib.

 

"BNews.kz" saytının verdiyi xəbərə görə, hesabat dövründə iki ölkənin ticarət dövriyyəsinin həcmi 61 494, 55 min ABŞ dolları təşkil edib. Bu, bütün ötən il ərzində Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsinin təxminin yarısına bərabərdir. Bununla yanaşı, Azərbaycan məhsullarının Qazaxıstana ixracı 74% (8 192,35 min dollaradək), Qazaxıstan məhsullarının Azərbaycana idxalı isə 3% (53 302,2 min dollaradək) artıb.

 

Dörd ayın nəticələrinə görə, Qazaxıstanın payı Azərbaycanın ümumi ixracında 0,24%, idxalında isə 2,46% təşkil edib.

 

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 124 mln. 391, 28 min ABŞ dolları təşkil edib.

 

Azərbaycan Qazaxlstandan əsasən mineral ehtiyatlar (neft və qaz), kimyəvi xammal, taxıl, arpa, tütün məhsulları, karbonlu yayma polad, elektrik avadanlıqları tədarük edir. Azərbaycandan Qazaxıstana isə bitum materiallarından ibarət neft məhsulları, etilen polimerləri, maşın və mexanizmlər üçün komplektləşdiricilər, yığılma inşaat konstruksiyaları ixrac olunur.

 

© Report

19 May 2017, 11:28   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]