Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PAŞA Sığorta şirkəti “Sirli Bakı” sosial layihəsini uğurla reallaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Sığorta şirkəti “Sirli Bakı” sosial layihəsini uğurla reallaşdırıb

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət siyasəti çərçivəsində «Sirli Bakı» adlı layihəsini uğurla reallaşdırıb.

 

PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinq və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan «Sirli Bakı» layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.

 

Layihəyə əsasən, artıq paytaxtda yerləşən 40-dək tarixi obyekt qarşısında xüsusi stendlər quraşdırılıb. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkündür. Belə ki, bunun üçün layihə çərçivəsində «Sirli Bakı» mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış «Artırılmış Reallıq» texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkdir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə bilərlər.

 

Tətbiqdə həmçinin tanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunur. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.

 

Azərbaycan, rus və ingilis dillərində çalışan «Sirli Bakı» mobil tətbiqi həm iOS, həm də Android platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: http://pasha-insurance.az/sirlibaki/indexaz.html

 

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir

19.05.2017 11:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ