Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankdan korporativ müştəriləri üçün yeni imkan

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan korporativ müştəriləri  üçün yeni imkan
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı öz korporativ müştəriləri üçün daha bir imkan yaradıb.

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumata görə,  korporativ müştərilərin İnternetBank sisteminin əməliyyat imkanları genişləndirilərək, sistemə əmək haqqı faylının yüklənməsi funksiyası da əlavə olunub.

 

Bu yeniliyin yaratdığı imkanlardan faydalanmaqla, korporativ müştərilər əmək haqlarının fərdi kart hesablarına köçürülməsi əməliyyatlarını indi daha uyğun, rahat və operativ şəkildə yerinə yetirə bilərlər. Bu funksiya əməkdaşların əmək haqlarının ödənişi, eləcə də digər sosial xarakterli ödənişlərlə bağlı bankla məlumat mübadiləsinin optimallaşdırılmasına, bu prosedurun sürətləndirilməsinə imkan verir.

 

Bankın həm fərdi, həm də korporativ müştərilər üçün yaratdığı İnternetBank xidməti hüquqi şəxs və sahibkar fiziki şəxs olan müştərilərə cari, əmanət, kredit hesablarını məsafədən idarə etmək və internet üzərindən müxtəlif bank əməliyyatları aparmaq imkanı verir.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

19.05.2017 12:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ