Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dolların məzənnəsi üçün ən böyük təhlükə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların məzənnəsi üçün ən böyük təhlükə

 Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşəcək.

 

Analitiklər bildirir ki, son bir ayda nağd valyuta bazarındakı məzənnə rəsmi məzənnədən aşağı olsa da, hazırda bu fərq aradan qalxıb. Nağd valyutanın alqı-satqısında aparıcı olan "Amrahbank" və "Günaybank" ASC-lərdə dollar 1,6960 manata alınır, 1,7060 manata satılır.

 

Qeyd edək ki, məzənnənin bu alış səviyyəsi rəsmi məzənnədən təxminən 0,005 manat aşağı, satış isə 0,005 manat yuxarıdır. Yəni, nağd valyuta bazarında məzənnə optimal səviyyəyə çatıb.

 

Analitiklər bildirir ki, neftin orta qiymətinin 50 dollar/barel səviyyəsində qalması dolların məzənnəsinin sabitliyini təmin edəcək.

 

Hazırda dolların məzənnəsi üçün ən böyük təhlükə mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının (ABB) borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı planının kreditorlarla razılaşdırılmasıdır. Azərbaycan tərəfinin görüşdən müsbət nəticə əldə edərək borcların dövlət istiqrazları ilə dəyişdirilərək daha geniş müddətə uzatması gözlənilir. Bu halda daxili bazarda dolların məzənnəsi üçün təhlükə aradan qalxacaq.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

Dolların məzənnəsinin sabitləşməsi tədricən manat kreditləşməsinin artmasına və depozitlərin dedollarizasiyasına gətirib çıxaracaq. Lakin bu proses bir qədər uzun müddət tələb edə bilər. Dolların məzənnəsinin daxili bazarda sabitliyi həmçinin əlavə manat kütləsinin sterilizasiyası hesabına başa gəldiyini qeyd etmək lazımdır. Bu isə öz növbəsində iqtisadi artıma ciddi ziyan vurur. Hazırda Mərkəzi Bankın qarşısında duran vəzifə manat kütləsinin həcminin optimallaşdıraraq iqtisadi artımı bərpa etməkdir. 

 

© Report

19.05.2017 12:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ