ABŞ iqtisadiyyatının 2016-cı ilin 3-cü rübünə aid iqtisadi inkişaf göstəricisi yuxarı istiqamətdə dəyişdirilib.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 3-cü rübdə ÜDM-in artım göstəricisi 3.2%-dən 3.5%-ə qaldırılıb. Ekspertlərin gözləntisi 3.3% idi.
Baza PCE göstəricisi həmin dövrdə gözləntiyə paralel olaraq 1.7%-də qalıb. İqtisadiyyatın təxminən 70%-ini təşkil edən şəxsi istehlakın artımı göstəricisi isə 3-cü rübdə 3%-ə dəyişdirilib. Gözlənti 2.8% idi.
3-cü rübün iqtisadi artım rəqəmi, 2 ilin ən yüksək iqtisadi artım rəqəmidir. Bloomberg-in sorğusuna görə, ilin son 3 ayında ABŞ iqtisadiyyatının 2.2% böyüməsi gözlənilir.
4-cü rübə dair artım göstəricisi 27 Yanvarda açıqlanacaq.