Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu ailə 1 ton barama istehsal etməyi planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ailə 1 ton barama istehsal etməyi planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Zaqatala rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsir göstərməkdədir. Təsadüfi deyil ki, son bir ildə rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.

 

Reklam_3_11

Belə ailə təsərrüfatlarından biri də rayonun Sumaylı kənd sakini Akif Qurbanova məxsus fermer təsərrüfatıdır. Əsasən qoyunçuluq və əkinçilik sahəsində çalışan Qurbanovlar ailəsi bu ildən etibarən barama istehsalı ilə də məşğul olmağa başlayıb. Qeyd edək ki, bu kümçü ailəsi cari mövsümdə Zaqatala rayonu üzrə barama istehsal etmək üçün ən çox ipəkqurdu götürən ailə təsərrüfatlarından biridir. Hazırda bu təsərrüfatda 20 qutu, yəni 400 qram ipəkqurdunun yemlənməsi prosesi həyata keçirilir.

 

Təsərrüfat rəhbəri bildirib ki, cari mövsümdə, ən azından 1 ton yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar. Hazırda təsərrüfatda ailə üzvlərindən başqa, 8 nəfər mövsümi işlə təmin olunub. Fermerin dediyinə görə, baramanın satış qiymətinin artırılaraq 9 manata çatdırılması onlar üçün sərfəlidir. Məhsul tədarükünə iyunun əvvəllərində başlamaq planlaşdırılır.

 

Xatırladaq ki, 2016-cı ildə Zaqatala rayonunda 6 ton yaş barama istehsal olunub. Cari mövsümdə baramaçılıqla məşğul olan ailələrə 420 qutu ipəkqurdu paylanılıb. Bu il rayonda barama istehsalının 21 tona çatdırılması proqnozlaşdırılır.

 

©Azərtac

19.05.2017 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ