Rumıniyada SOCAR-ın 36-cı yanacaqdoldurma məntəqəsi açıldı

Rumıniyanın paytaxtı Buxarest şəhərinin mərkəzində “SOCAR” brendi altında sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

 

Məntəqədə 2 sayğac quraşdırılıb və 4 kiçik avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

 

YDM-də, həmçinin elektriklə işləyən elektromobillərin şarjı və maşınyuma məntəqəsi də müştərilərin ixtiyarına verilib. “Roviniete”- (yol vergisi) də daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb, 24 saat pulsuz internet xidməti təqdim olunur. Məntəqədə ümumilikdə 12 yeni iş yeri açılıb.

 

Yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-ya çatıb.

 

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

19 May 2017, 16:52   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az