Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakının mərkəzində evlər kütləvi satışa çıxarılır – QİYMƏTLƏR AŞAĞI DÜŞDÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının mərkəzində evlər kütləvi satışa çıxarılır – QİYMƏTLƏR AŞAĞI DÜŞDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakının mərkəzi hissələrində evlərin kütləvi satışına başlanılıb. Söhbət metronun “28 May”stansiyasından “Sahil Metrosu”na və Tibbi Universitetinə qədər və “Nərimanov” metrosuna yaxın ərazilərdən gedir.

 

Reklam_3_11

Ekspert Vaqif Hüseynov  bildirib ki, dolların bahalaşmaqda davam etməsi əmlak bazarında da vəziyyəti dəyişib. Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır:

 

“Heç kim təsəvvür edə bilməzdi ki “28 May Metro”sunun yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir”.  Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb. Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik  evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir. Ekspertin sözlərinə görə, buna səbəb dolların bahalaşmaqda davam etməsi və manata inamın azalmasıdır. Belə ki, əvvəl  əlində qalan pulunu investisiya kimi şəhərin mərkəzi hissələrində olan evlərə yatıran vətəndaşlar bu evləri dərhal sataraq vəsaiti dollara çevirmək üçün tələsirlər. Evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib.

 

Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərində sayında da müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40 % artıb.

 

Ekspert bildirib ki, “Sahil Metrosu”, “İçərişəhər”, Nizami küçəsi, “Gənclik Metrosu” kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.

 

©Fins.az

22.12.2016 11:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ