Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın, iqtisadiyyatının 30 faizindən çox məbləğdə xarici borcu olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın, iqtisadiyyatının 30 faizindən çox məbləğdə xarici borcu olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin 2017-ci il yanvarın 1-nə olan göstəriciyə nisbətən 10 faiz bəndi artaraq 30,4%-ə yüksələcəyi gözlənilir. 

 

Reklam_3_11

Bu ilin əvvəlinə Azərbaycanın xarici borcu 6 mlrd. 913,2 mln. ABŞ dolları, xarici borcun ÜDM-ə nisbəti isə 20,4% təşkil edib. ÜDM 33 mlrd. 900 mln. ABŞ dollarına bərabər olub. 2017-ci ilin ilk rübünün nəticələrinə görə, ölkə iqtisadiyyatı 1,2% geriləyib.

 

Xarici maliyyə təşkilatlarının proqnozlarına əsasən, ÜDM-də bu il təxminən eyni dərəcədə azalma gözlənilir. Bu da o deməkdir ki, ilin sonunda ÜDM 33 mlrd. 500 mln. dollara geriləyəcək. Azərbaycanın dövlət xarici borcunun isə ABB-nin öhdəlikləri nəzərə alınmaqla 3,3 mlrd. dollar artaraq təxminən 10,2 mlrd. dollara yüksəlməsi gözlənilir. Nəticədə, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin ilin sonuna ən azı 30,4% təşkil edəcəyi proqnozlaşdırılır. Belə ki, Azərbaycan tərəfi bir sıra layihələr çərçivəsində il ərzində digər borc öhdəlikləri də qəbul edə bilər. 

 

Həmçinin, adambaçına düşən xarici borcun məbləğinin bu il ərzində 49% artaraq 1 050 ABŞ dollarına yüksəlməsi gözlənilir.

 

© Report

19.05.2017 15:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ