Ən yuxarı statik reklam_3

Qalaaltıda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qalaaltıda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası keçiriləcək

Portuqaliyanın Kaldaş de Rainya şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasının iclası keçirilib.

 

Azərbaycan nümayəndəsinin də qatıldığı tədbirdə 2018-ci ilin may ayında Qalaaltıda keçiriləcək EHTTA-nın növbəti Baş Assambleyasının gündəliyi, iştirakçılar və təşkilati məsələlər haqqında geniş müzakirələr aparılmış və ölkəmiz tərəfindən geniş təqdimat keçirilmişdir.

 

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) prezidenti Guiseppe Bellandi çıxış edərək növbəti ildə bu tədbirin məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etmiş və Qalaaltıda Assambleyanın uğurlu şəkildə həyata keçiriləcəyindən əminliyini ifadə etmişdir.

 

Eyni zamanda müzakirələr zamanı yaxın gələcəkdə Azərbaycanın digər termal regionlarının da Assosiasiyaya üzvlüyü məsələsi qaldırılmışdır. Məlumat üçün bildirək ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulmuşdur.

20.05.2017 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ