Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mayın 22-də Bakı yollarında məhdudiyyətlər olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mayın 22-də Bakı yollarında məhdudiyyətlər olacaq

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakı yollarında nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

 

Reklam_3_11

Həmin gün Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

 

Bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsi ilə gedə bilərlər.

 

Bakı Olimpiya Stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla iki dəqiqəlik intervalla hərəkət edəcək və gecə saat 2-dək işləyəcək.

20.05.2017 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ