Bu məhsulun istehsalına maraq ildən-ilə artır
Ağdaşın kəndli fermerləri çəltik əkinini uğurla davam etdirirlər.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, sahələrdə toxum səpini işlərinə mayın əvvəlində start verilib və indiyədək Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində 1500 hektar sahədə çəltik əkini aparılıb. Səpin prosesinin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Ötən il Ağdaşın 15 kəndində 87 fermer tərəfindən ümumilikdə 1250 hektar sahədə çəltik yetişdirilib və 2900 ton məhsul toplanılıb. Biçilən çəltik rayondakı dəyirmanlarda emal olunub və keyfiyyətli düyü əldə edilib.
Cari ildə isə rayonda ötən ildəkindən iki dəfə çox, yəni, 2500 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur. Kəndlilər hər hektardan 60-80 sentner məhsul götürəcəklərinə ümidlidirlər. Çünki ötən həftə səpilən toxumun bitmə vəziyyəti və suyun bolluğu bunu deməyə əsas verir. Bu il rayondakı çəltik sahələrindən təxminən 6 min ton məhsulun yığılması gözlənilir. Kəndlilər məhsul yığımına sentyabrda başlayacaqlar.
Ağdaşda çəltik yetişdirmək kəndlilərin dolanışıq şəraitinə müsbət təsir edir. Ona görə də rayonda bu məhsulun istehsalına maraq ildən-ilə artır. Çəltik sahələrinin ötən illə müqayisədə bu il iki dəfə genişləndirilməsi buna əyani sübutdur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 41 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
3 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
5 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl