Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft, müqavilənin uzadılacağı gözləntisi ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, müqavilənin uzadılacağı gözləntisi ilə bahalaşır

Neft qiymətləri, Səudiyyə Ərəbistanının istehsalın azaldılması müqaviləsinə qoşulan bütün istehsalçıların, müqavilənin 2018-ci ilin ilk rübünün sonuna qədər doqquz ay uzadılması məsələsində razı olduqlarını qeyd etməsinin ardından yüksəlir.

 

Reklam_3_11

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
"Marja" xəbər verir ki, neft qiymətləri ötən həftə 5.5 faiz bahalaşdıqdan sonra Bazar ertəsi 0.9 faiz qalxıb. Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Bazar günü etdiyi açıqlamada, müqavilənin gələn ilə uzadılmasının, istehsalçıların qlobal ehtiyatların azaldılması məqsədinə çatmasına yardım edəcəyini deyib. Digər tərəfdən, ABŞ-da qazılan neft quyularının say ardıcıl 18-nci həftədə də artıb.


 
Yüksək səviyyələrdə olan qlobal neft ehtiyatlarının azalması uzun zaman alarkən, ABŞ-da ehtiyatların azalmağa başladığına dair işarələr optimizmin artmasına səbəb olur. OPEC bu həftənin Cümə günü Vyanada toplaşacaq.


 
Analitiklər bildirirlər ki, neft yəqin ki, çox bahalaşmayacaq. Davamlı bir şəkildə yüksələn qiymətlər, ABŞ-da istehsalın artması riskini gətirir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Brent nefti Nymex birjasında 44 sent yüksələrək bareli 50.77 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 46 sent və ya 0.9 faiz dəyər qazanaraq bareli 54.07 dollara qədər çıxıb.  

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR

22.05.2017 05:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ