Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Maliyyə Nazirliyi dövlət şirkətinin adından Beynəlxalq Banka 18,2 mln. manat ödəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi dövlət şirkətinin adından Beynəlxalq Banka 18,2 mln. manat ödəyib

2015-ci ilin iyulun 15-də Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında 2025-ci ilin iyulun 15-dək qüvvədə olan və 1% faiz dərəcəsi olan 30 mln. manat məbləğində "Təmiz Şəhər" ASC üçün kredit xəttinin açılması üzrə müqavilə imzalanıb.

 

Reklam_3_11

Bu barədə "Təmiz Şəhəri" ASC-nin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat "Baker Tilly Azerbaijan" audit şirkəti tərəfindən hazırlanıb.

 

Sənəddə deyilir ki, 2016-cı ilin dekabrın 31-ə kreditin qalıq məbləği 1 mln. 195,876 min manat (2015-ci il: 5 mln. 981,745 min manat) təşkil edir. İl ərzində ASC müqaviləyə uyğun olaraq 13 mln. 305,727 min manat əlavə vəsait əldə edib.

 

Müqaviləyə əsasən kredit xəttinin qalığının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tranşlarla dövlət şirkətinə köçürülməsi nəzərdə tutulur.


Maliyyə Nazirliyi 2016-cı ilin dekabrın 31-i tarixinə ASC adından əsas məbləğ üzrə 18 mln. 91,596 min manat məbləğində və hesablanmış faizlər üzrə 119,560 manat məbləğində vəsaiti ABB-yə ödəyib.

 

© APA

 

22.05.2017 08:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ