Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Füzulidən Rusiyaya ixrac olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Füzulidən Rusiyaya ixrac olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Füzuli rayonunda istixana kompleksində yetişdirilən məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunacaq.

 

Reklam_3_11

“LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi 16 hektar, istixana təsərrüfatının sahəsi isə 2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə 30 məcburi köçkün daimi işlə təmin edilib.

 

Fermer Rüstəm Rüstəmov bildirib ki, mart ayında əkilən xiyar bitkisinin məhsulu mayın əvvəlindən yığılmağa başlanılıb. Təsərrüfatda hər gün orta hesabla 1-3 ton məhsul yığılır. Ölkə ərazisində tələbat çox olduğu üçün istehsal olunan məhsul hələ ki, daxili bazara çıxarılır. Yaxın günlərdə isə xiyarın Rusiya bazarlarına ixrac olunması nəzərdə tutulur. İstixanada yığım prosesi avqust ayına kimi davam edəcək. Avqust ayında isə pomidor əkini aparılacaq.

 

Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə daha 2 hektar ərazidə istixananın qurulmasına başlanacaq. Ümumilikdə isə istixananın sahəsinin 10 hektara, işçilərin sayının isə 30-dan 200-ə çatdırılması nəzərdə tutulur.

 

© Azərtac

22.05.2017 08:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ