Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bitkoinin qiyməti yeni rekord səviyyədə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitkoinin qiyməti yeni rekord səviyyədə

Bitkoinin dünya birjalarında satış qiyməti bu gün, mayın 22-də tarixi rekord həddə - 2 100 ABŞ dollarına çatıb. Bitkoinin qiyməti hazırda mayın 19-u ilə müqayisədə 102 dollar və ya 5,1% artıb. 

 

Reklam_3_11

Bitkoinin qiymətinin artmasına səbəb kimi qlobal siyasi qeyri-müəyyənlik göstərilir. Yaponiya və Cənubi Koreyada bitkoinə yaranan tələbat kriptovalyutanın qiymətini tarixi rekord həddə çatdırıb. Qeyd edək ki, bir qədər əvvəl Yaponiya hökuməti bitkoinin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verib. Bu da öz növbəsində bitkoinlə əməliyyatların həcmini artırıb. 

 

Xatırladaq ki, hazırda bitkoin bazarının kapitallaşması 34,15 mlrd. ABŞ dollarına yüksəlib. Müqayisə üçün xatırladaq ki, bitkoin bazarının kapitallaşması aprel ayının 25-nə 20,6 mlrd. dollar təşkil edib.

 

©Report

22.05.2017 09:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ