Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İcbari sığortanın satşında da lazımi nəzarət mexanizmləri qurulmayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İcbari sığortanın satşında da lazımi nəzarət mexanizmləri qurulmayıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən görüləcək vacib işlərdən biri kimi icbari sığorta növlərinin satışı üzrə daha praktiki və rasional nəzarət mexanizmlərinin axtarılaraq tətbiq olunması məqsədəuyğundur.

 

Reklam_3_11

Bu barədə "PAŞA Həyat Sığorta" ASC-nin maarifləndirmə şöbəsinin müdiri, Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü, Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Pərviz Quliyev "Risk" analitik-biznes jurnalındakı məqaləsində qeyd edib:

 

"Beynəlxalq Sığorta Forumunda tənzimləyici orqanın rəsmisi tərəfindən qeyd olunan bir fakt, yəni əmlakın icbari sığortası üzrə mövcud potensialının cəmi 25%-nin işlədiyi faktı onu deməyə əsas verir ki, icbari sığortanın satşında da lazımi nəzarət mexanizmləri qurulmayıb".

 

O qeyd edib ki, tənzimləyici tərəfindən bazarın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır:  "Məsələn, əhalinin sığorta sahəsində kütləvi maarifləndirilməsi üçün televiziya kanallarının birində sığorta maarifləndirilməsi ilə bağlı proqramın yaradılması və daimi əsasda sığorta xidmətləri barədə geniş məlumatların verilməsi məqsədəuyğun olardı.Bununla yanaşı, müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması və Milli Məclisə təqdim olunması, eyni zamanda həmin məhsullların tətbiqi sığorta bazarının gələcək inkişafı üçün təkan ola bilər".

 

Onun sözlərinə görə, sığorta şirkətləri maarifləndirmə istiqamətində fəaliyyəti genişləndirməli və bu istiqamətdə daimi əsasda görüləcək işləri aktivləşdirməlidir. Çünki bazarın inkişafı və sığorta mükafatlarının artımı ilk növbədə sığortaçıların marağındadır.

 

"Sığorta şirkətlərinin ilin sonunda növbəti il üçün görüləcək işlərin xərclər büdcəsini planlaşdırarkən, maarifləndirmə ilə bağlı tədbirlərin siyahısını illik plana daxil etməsi daha məqsədəuyğun olardı", - deyə P.Quliyev əlavə edib.

 

© Report

22.05.2017 09:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ