Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qlobal bazarlarda Dollar bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda Dollar bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dollar, səhmlərin və ABŞ istiqraz faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq dəyər qazanır. İqtisadi sabitlik və İyunda Fed-in faiz artıracağı ehtimalı da Dolların qalxmasına təsir edir. İnvestorlar ötən həftə  Dollardakı satış dalğasını "həddindən artıq" kimi qəbul etməyə başlayıblar.


 
ABŞ Dolları, on mühüm bazar valyutasından doqquzu qarşısında dəyər qazanarkən, ən çox funt-sterlinq qarşısında yüksəlib. Funt-sterlinq, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair danışıqlara son verəcəyi ehtimalının gündəmə gəlməsindən sonra, opsiyonlara əsaslanan satışın təsiri ilə geri çəklib. Asiya səhmləri, ABŞ səhmlərində Cümə günü görülən toparlanmadan sonra həftənin ilk iş günündə dəyər qazanıb. ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 2 bənd artaraq  2.25%-ə çıxıb.


 
"Mizuho Securities Co"nun Baş valyuta strateqi Kengo Suzuki, "Trumpa bağlı satış dalğası həddən artıqdı və makroiqtisadi mühit Fed-i faiz artırmaqda saxlayacaq kimi görünmür. Bu da Dolların dəstəklənməsinə yardım edir",- deyə bildirir.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!


 
ABŞ Dollarının on mühüm bazar pulu qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, 0.16 faiz qalxaraq 1202.19 olub.Dollar, Yapon Yeni qarşısında 0.21 faiz yüksələrək 111.50 səviyyəsinə qalxıb. ABŞ Dolları, funt-sterlinq qarşısında 0.31% qalxaraq 1.2996-dan alıcı tapıb. Avro/Dollar məzənnəsi 1.1170 səviyəsinə düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb).

22.05.2017 10:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ