Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda təyyarələrin qaçırılmasının qarşısını almaq üçün Əməliyyat Qərargahı yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda təyyarələrin qaçırılmasının qarşısını almaq üçün Əməliyyat Qərargahı yaradılacaq

Azərbaycan prezidenti İlham Əliyev“Azərbaycan RespublikasınınNazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı yaradılacaq.

 

Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının sədri baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini olacaq. Komissiya üzvləri isə daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, nəqliyyat naziri, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olacaq.

APA

22.12.2016 16:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ