Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kreditlər üçün banklara təminat məktubu verən şirkətlər yaradıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditlər üçün banklara təminat məktubu verən şirkətlər yaradıla bilər

"Azərbaycanda real sektorun maliyyə resurslarına ehtiyacı var, bank sektoru isə risklərin yüksək olması, kifayət qədər likvid girovun olmaması, valyuta bazarında qeyri-müəyyənlik və s. səbəblərdən kreditlərin verilməsində maraqlı deyil. Bu iki sektoru ortaq nöqtəyə gətirə biləcək dövlət və özəl şirkətlər təsis edərək müəyyən məqsədlərə nail olmaq mümkündür".

 

Reklam_3_11

Bu barədə "Atabank" ASC-nin Risk menecmenti Departamentinin direktoru, ARPA-nın ekspertlər qrupunun sədri Elman Sadıqov "Risk" analitik-biznes jurnalındakı məqaləsində qeyd edib.

 

Onun fikrincə, bu şirkətlər müəyyən komissiya haqqı qarşılığında verilən kreditlər üçün banklara kreditləşən müəssisələrin xeyrinə təminat məktubu verə bilər:

 

"Qarşılığında isə kreditin riski aşağı düşür, faiz dərəcəsi enir, kreditə isə həmin şirkət də əlavə olaraq yaxından nəzarət edilir. Bu mexanizm üzərində düşünməyə dəyər".

 

"Atabank" rəsmisi qeyd edir ki, bank sektoru ən çətin mərhələdən keçə bilib, bundan sonra 1-2 il ərzində 2014-2016-cı illərdən qalan digər problemlər effektiv və minimum itkilərlə tədricən həll olunacaq:

 

"Bu dövrdə aktiv kreditləşmə ehtimalı zəif olduğu, ehtiyatların ayrılmasının davam edəcəyi, faiz gəlirlərinin azalacağı ehtimallarının yüksək olmasını nəzərə alacaq banklar alternativ xidmət kanallarının inkişafına, yeni bank məhsullarının təqdim olunmasına, qeyri-faiz gəlirlərinin artırılmasına diqqət yetirməli olacaq. Prioritet isə sağlamlaşdırma olacaq".

 

© Report

22.05.2017 11:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ