Fed protokolları İyunda faiz artırılacağına dair sualları aradan qaldıra bilər
Protokolların, Mərkəzi Bankın (Fed-in) gələn aykı toplantısında faiz artıb-artırmayacağına dair sualları aradan qaldıracağı gözlənilir.
"Marja" xəbər verir ki, "Marketwatch"in xəbərinə görə, "TD Securities"in iqtisadçıları "Fed-in şahin, nikbin mesaj verəcəyini gözləyirik" deyə bildiriblər.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
May ayındakı iclasdan sonra verilən bəyanatda, Fed rəsmiləri ilk rübdə iqtisadi artımda səngimənin müvəqqəti olduğunu qeyd etmişdilər.
"Capital Economics"in iqtisadçısı Paul Ashworth "Marketwatch"a, "Məşğulluq göstəricisi Fed-in "şahin" mövqeyini dəstəkləyir. İşsizlik nisbəti 4.4% ilə 2007-dən bəri ən aşağı səviyyədədir, ancaq digər tərəfdən, baza inflyasiya Mart və Aprel aylarında yumşalıb",- şərhini edib.
ABŞ Prezidenti Trump ilə bağlı proseslər gələn ay faiz artırılacağı barədə gözləntiləri bir az azaltsa da, bu vəziyyətin İyunda faizin artırılacağına mane olmayacağı güman edilir.
Protokollarda Fed-in İyunda faiz artıracağına işarə edəcəyinə barədə xəbərlər gəlir. Bazarda bu dollar indeksinin yüksəlməsinə səbəb ola bilər.
Fed protokolları bu axşam Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 49 d. əvvəl
- 53 d. əvvəl
-
58 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib