Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ən böyük səhmdarı, 27 milyard avronu rədd edən şirkəti məhkəməyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük səhmdarı, 27 milyard avronu rədd edən şirkəti məhkəməyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, ABŞ-ın boya istehsalçısı PPG Industries, Hollandiyanın Akzo Nobel şirkətinə üçüncü satınalma təklifini 26.9 milyard avroya yüksəltmiş, ancaq Akzo təklifi rədd etmişdi.


 
"Marja" xəbər verir ki, Akzo Nobelin PPG ilə danışıqları davam etdirməsində israr edən Akzo-nun ən böyük səhmdarı, İngiltərənin fond şirkəti "Elliot Advisors", şirkəti məhkəməyə verib. Akzo-nun digər bəzi investorlarının da dəstəyini alan "Elliot Advisors", Amsterdam Sahibkarlar Şurasının hakimlərini, Akzo-nun qərarının yanlış olduğunu və şirkətin pis idarə olunduğu barədə inandırmağa çalışacaq.


 
Şirkət, keçən ay da Akzo-nun sədri Antoni Burgmansın vəzifədən azad edilməsi üçün Amsterdam Sahibkarlar Şurasına müraciət etmişdi. Burgmansın vəzifəsindən azad olunması üçün səsvermə keçiriləcəyini bildirilir.
 
 
Akzonun açıqlamasında, imtina qərarının inhisarçılıqla bağlı risklərdən və mədəni fərqlərə dair narahatlıqlardan qaynaqlandığı, Akzon-un satılmasının şirkəti təhrif edəcəyi bildirilmişdi. Elliot Advisors isə, Akzo rəhbərliyini korporativ dünyadakı oturaq prinsipləri təkəbbürlü bir şəkildə heçə saymaqla günahlandırmışdı.

22.05.2017 14:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ