Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazirliyin "Azər-Türk Bank"da 50 milyon manata yaxın depoziti var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirliyin "Azər-Türk Bank"da 50 milyon manata yaxın depoziti var

31 dekabr 2016-cı il tarixinə Maliyyə Nazirliyi "Azər-Türk Bank" ASC-də 48,372 mln. manat məbləğində depozit yerləşdirib.

 

Bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat "Ernst&Young CIS" audit şirkəti tərəfindən aparılıb.

 

Bu depozitin müddəti 2020-ci il ərzində başa çatır və üzərinə aylıq LİBOR üstə gəl 1,75% dərəcəsi ilə illik faiz hesablanır. Bu vəsait bir əlaqəli tərəf olan şirkətə verilmiş krediti yenidən maliyyələşdirmək üçün istifadə edilib. Verilmiş kreditin müddəti 2020-ci ildə başa çatır və üzərinə 2% üstə gəl aylıq LİBOR dərəcəsi ilə illik faiz hesablanır.

 

Xatırladaq ki, 2015-ci ilin sonuna Maliyyə Nazirliyinin dövlət bankında yerləşdirdiyi depozitin məbləği 308,571 mln. manat olub.

 

© APA

22.05.2017 14:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ