Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azər-Türk Bank"dan "Aqrarkredit"ə 100 milyon manatlıq ötürmə

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azər-Türk Bank"dan "Aqrarkredit"ə 100 milyon manatlıq ötürmə

2016-cı ilin iyul ayında "Azər-Türk Bank" ASC həmin dövrdə ciddi likvidlik problemi olan "Bank Standard" QSC-yə 100 mln. manat məbləğində kredit verib.

 

Bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat "Ernst&Young CIS" audit şirkəti tərəfindən aparılıb.


Kredit dövlət proqramı əsasında, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təqdim edilən maliyyələşmə hesabına verilib.

 

2016-cı ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Bank Standard" QSC-ni müflis elan edib və lisenziyasını ləğv edib.

 

Kredit 31 dekabr 2016-cı il tarixinə ödənilməmiş qalıb. Rəhbərlik hesab edir

ki, "Azər-Türk Bank" "Bank Standard" QSC-yə kreditin verilməsindən etibarən həmin kredit üzrə kredit riski daşımayıb. Bu fərziyyə 2016-cı il ərzində dövlət orqanlarından əldə edilən müxtəlif sübutlarla əsaslandırılır. 31 dekabr 2016-cı il tarixinə "Bank

Standard" QSC-yə verilmiş kreditin qalığı 103,319 mln. manat təşkil edib. Bundan sonra, Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən "Bank Standard" QSC-yə verilmiş kreditlər və "Azər-Türk Bank"ın AMB qarşısındakı öhdəlikləri "Aqrarkredit” QSC-yə ötürülüb.

 

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayının 4-dən "Bank Standard" QSC-də sığorta hadisəsi baş verib. "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.1-ci maddəsinə uyğun olaraq bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə həmin ilin oktyabrın 11-dən etibarən başlanıb. 2017-ci ilin mayın 16-dək "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 437 mln. 345 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-dir.

 

© APA

22.05.2017 14:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ