Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət şirkətlərinin büdcəyə 1,4 milyard manat vergi borcu var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətlərinin büdcəyə 1,4 milyard manat vergi borcu var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycanın dövlət şirkətləri 2016-cı ildə dövlət büdcəsinə vergi borclarını xeyli dərəcədə azaldıb.

Reklam_3_11

 

Bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

 


2016-cı ildə dövlət büdcəsinə vergi borcları 979 mln. 314,3 min manat və ya 40,6% azalaraq 1 mlrd. 434 mln. 449,4 min manata çatıb. 1 yanvar 2017-ci il tarixinə büdcəyə ödəniləcək əsas vergi borcunun məbləği 860 mln. 589,8 min manat təşkil edir, 193 mln. 47,2 min manat maliyyə sanksiyalarının, 380 mln. 812,4 min manat cərimələrin payına düşür.

Hesablama Palatasının məlumatına əsasən, vergi borclarının 97,6%-i və ya 1 mlrd. 400 mln. manat qeyri-neft sektorunun borclarının payına düşür. Bundan əlavə, ötən il neft sektorunun borclarının həcmi 5,7% artıb, qeyri-neft sektorunun borclarının həcmi isə 41,2% azalıb.

Dövlət sektoru müəssisələrinin borcu 365 mln. 419,5 min manat və ya bütün borcların 25,5%-ni, özəl müəssisələrin borcu 1 mlrd. 690 mln. 29,9 min manat və ya 74,5% təşkil edir. 2016-cı ildə dövlət müəssisələrinin vergi borcları 68,8%, özəl müəssisələrin vergi borcları 13,9% azalıb.

 

Ötən il dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə əhəmiyyətli azalma "Azərenerji" ASC-nin borclarının ümumilikdə 796 mln. 289,7 min manat azalaraq 3 mln. 506,2 min manata enməsi, o cümlədən verginin əsas məbləği üzrə borcun 390 mln. 295,5 min manat azalması ilə əlaqədardır.

 

© Interfax

22.05.2017 15:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ