Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” mayın 19-da imzaladığı Sərəncam biz ipəkçiləri ürəkdən sevindirib. Bu Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır.

 

Reklam_3_11

Bu fikirləri Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev müsahibəsində deyib.

 

Qeyd edək ki, həmin Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.

 

Əkrəm Fətəliyev bildirib ki, ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili xüsusi əhəmiyyət kəsb edir. Son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkbasiyaya qoyulan toxumlardan alınan ipəkqurdu hesabına həyata keçirilirdi. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq.

 

Layihəyə uyğun olaraq, yenidənqurma işləri zamanı hazırda stansiyanın ərazisində olan bina əsaslı təmir olunacaq, ərazidə əlavə istehsal korpusu, həmçinin inzibati bina və yardımçı tikililər inşa ediləcək. Stansiyada Çin Xalq Respublikasından gətirilən ən müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra burada super-elit, elit və hibrid barama toxumları yetişdiriləcək. Stansiyada 50-dən artıq yeni iş yeri açılacaq.

 

Əkrəm Fətəliyevin bildirdiyinə görə, mayın axırında stansiyanın rəhbəri və Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı Çinə səfər edəcək, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar.

 

© Azərtac

22.05.2017 17:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ