Ford-a yeni İcraçı direktor təyin olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ford-a yeni İcraçı direktor təyin olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ford-dan edilən açıqlamada, 28 ildir şirkətdə çalışan və son 3 ildir ki, şirkətin İcraçı direktor vəzifəsini icra edən Mark Fields pensiyaya çıxmağı seçdiyi qeyd olunub.


 
"Marja" xəbər verir ki, açıqlamada, Fields-in yerinə Cim Hackett ( Jim Hackett) təyin edilib.


 
 Hackett, ABŞ-da ofis mebelləri şirkəti "Steelcase"də 20 il çalışdıqdan sonra bu şirkətin İcraçı direktoru vəzifəsindən 2014-də ayrılmış və keçən il Fordun sürücüsüz avtomobil texnologiyası hissəsinin rəhbərliyinə gətirilmişdi.


 
Mütəxəssislər, Fordun sürücüsüz avtomobil texnologiyası sahəsində digər avtomobil və texnologiya şirkətlərinə görə geri qaldığını bildirərək, Fields-in 3 illik rəhbərliyi dövründə Fordun səhmlərinin 40%-ə yaxın dəyərdən düşdüyünü bildirirlər.


 
Bu ilin ilk rübündə Fordun xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalaraq 1,6 milyard dollara geriləyib. Şirkət, ötən ilin ilk üç ayında 2,4 milyard dollar xalis qazanc açıqlamışdı.


 
 Həmin rəhbər dəyişikliyinin ardından Fordun Nyu-york Birjasında dövriyyədə olan səhminin dəyəri bu gün 2,4 faiz artıb.

22.05.2017 20:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ