Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda prestijli moda nümayişi keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda prestijli moda nümayişi keçiriləcək

25-28 may tarixlərində Bakıda "Mercedez-Benz Fashion Week" Baku Payız-Qış 2017/2018 Moda həftəsinin ilk sezonunu baş tutacaq.

 

Bu ildən “Bakı qeydiyyatı” alan "Mercedez-Benz Fashion Week" üçün model kastinqi bir neçə gün əvvəl başa çatıb. Məşhur alman avtomobil brendi altında prestijli moda nümayişinin keçirilməsi hüququnu isə "Baku Fashion Week" agentliyi əldə edib.

 

"Fashion Week" – moda industriyasının ən mühüm hadisəsidir. 2000-ci ildə fəaliyyətə başlayan "Mercedez-Benz Fashion Week", hal-hazırda moda dünyasında ən məşhur tədbirlərdən biri sayılır. Bu hadisə həm də moda və avtomobil istehsalı sahəsində yeni dizayn ideyalarının nümayişinin vəhdətidir.

 

"Mercedez-Benz Fashion Week" – orijinal festivaldır. Burada əsas ideya, müxtəlif dünya xalqlarının mədəniyyətini və adət-ənənələrini, onların artıq uzun illərdir yüksək keyfiyyət nümunəsi olan, aparıcı alman avtomobil istehsalçısının kupe və salon xətlərinin fonunda modaya baxışlarını geniş miqyasda tıəqdim etməkdir.

 

"Mercedez-Benz Fashion Week" emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya və Yapponiyada dəb nümayişləri keçirilir.

 

Artıq bu prestijli siyahıda Azərbaycan da öz yerini tutur.

 

"Mercedez-Benz Fashion Week Baku"nun ilk keçirilmə sahəsi isə şəhərimizin tarixnin müasir arxitektura və dizaynla birləşən, Moda Həftəsinə yeni nəfəs verəcək Passaj 1901 seçilmişdir.

 

Sponsor və dizayner qismində iştirak etmək üçün, həmçinin mətbuat nümayəndələrinin akkreditasiyası ilə bağlı bütün müraciətlər [email protected] ünvanı vasitəsilə qəbul ediləcək.

22.05.2017 20:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ