Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Medvedev: Məhdudiyyətlərin qaldırılması pomidoru əhatə etmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Medvedev: Məhdudiyyətlərin qaldırılması pomidoru əhatə etmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın Baş naziri Dmitri Medvedev, Türkiyə ilə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması qərarının sürətli bir şəkildə həyata keçəcəyini bildirib.


 
"Marja" xəbər verir ki, İstanbuldakı Rusiya Baş Konsulluğunun binasını ziyarət edən Medvedev, müşayiət edən jurnalistlərin Türkiyə əlaqələrinə dair suallarını cavablandırıb.

Reklam_3_11


 

Medvedev, "Qərar hökumətin işləri çərçivəsində sürətli bir şəkildə həyata keçiriləcək. Lazımi sənədlər hazırlanacaq, mən də onları imzalayacağam. Məhdudiyyətlərin qaldırılması başlıca olaraq pomidor xaric meyvə-tərəvəz məhsullarını əhatə edir. İmzalanacaq fərman, tikinti daxil bəzi sektorlara tətbiq edilən məhdudiyyətlərin qaldırılmasını da əhatə edir. Bunun üçün çox vaxt lazım deyil",- deyib.


 

 Türk Axını qaz kəməri layihəsi


 
 Medvedev, Türk Axını qaz kəmərinin dəniz hissəsinin tikintisinin başlanmasını vacib hadisə kimi səciyyələndirib. Baş nazir Medvedev, dəniz hissəsindən sonra layihənin Türkiyə ərazisində uzunluğu təxminən 200 kilometrə çatacaq quru hissəsinin tikinti mərhələsinə keçiləcəyini ifadə edib.
 
 Türk Axınının ikinci xəttinin Avropaya çıxış nöqtəsinin müəyyənləşdirilməsi üçün danışıqların aparıldığını bildirən Medvedev, "Bu Avropanın verəcəyi qərara bağlıdır. Bu qərar qəbul olunarkən iqtisadi məsələlərin nəzərə alınması lazım olduğunu düşünürük. Çünki bu, siyasi deyil, iqtisadi bir layihədir",- şəklində danışıb.

23.05.2017 05:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ