Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Milli Mətbuat Günü tədbirini təşkil edə biləcək şirkət axtarılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Mətbuat Günü tədbirini təşkil edə biləcək şirkət axtarılır

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu açıq tender keçirir.

 

"Marja" xəbər verir ki, açıq tender, 22 iyul Milli Mətbuat Günü münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalması və Xaçmaz şəhərində “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfransın təşkili xidmətlərinin satınalınması məqsədləri ilə keçirilir.

 

Maraqlananlar tenderin əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisindən ala bilərlər.

 

Malgöndərən (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 iyun 2017-ci il tarixədək tender komissiyasına təqdim etməlidir. İddiaçılar tender təklifini və təklifin bank zəmanətini Azərbaycan dilində 2 nüsxədə, imzanlanmış, möhürlənmiş, ikiqat bağlanmış zərflərdə 22 iyun 2017-ci il saat 17.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Beynəlxalq mətbuat evi) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

23.05.2017 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ