Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“PSG Finans”ın xalis mənfəəti 5 dəfəyə yaxın azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PSG Finans”ın xalis mənfəəti 5 dəfəyə yaxın azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PSG Finans” Bank olmayan kredit təşkilatı MMC 2016-cı ili 24 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” kredit təşkilatının balansına istinadən xəbər verir ki, ötən il 533 min manat xalis faiz gəliri əldə edilsə də, müştərilərə verilmiş kreditlərin dəyərsizləşdirilməsi üzrə ehtiyata 588 min manat ayrıldığından 55 min manat zərər yaranıb. Lakin kredit təşkilatı məzənnə fərqindən 168 min manat gəlir əldə etdiyindən zərəri ortadan qaldırmaqla bərabər işçilərlə bağlı, ümumi və inzibati xərclərni, mənfəət vergisini ödəyə  və ili 24 min manat xalis mənfəət ilə başa vura bilmişdir.

 

Kredit təşkilatı 2015-ci ili 117 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

31 Dekabr 2016-cı il tarixində “PSG Finans” 2 milyon 410 min manat cəmi aktivlərə, o cümlədən 1 milyon 853 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda təşkilatın cəmi kapitalı 1 milyon 571 min manat təşkil edib.

 

2015-ci ilin sonunda “PSG Finans” 3 milyon 579 min manat cəmi aktivlərə, o cümlədən 1 milyon 756 min manat kredit portfelinə malik idi.

 

Əsası 2013-cü ildə qoyulmuş “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı Azərbaycan Respublikasının qanunverilcliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslərə, məcburi köçkün, qaçqınlara, demobilizə olan və müharibədən zərər çəkən şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə instututlarına genişmiqyaslı xidmətlər götərən maliyyə qurumudur.

23.05.2017 06:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ