Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kartlar ilə fırıldaqçılığa qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartlar ilə fırıldaqçılığa qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 may 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensalın daha da artırılması istiqamətində seminar keçirilib.

 

Reklam_3_11

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində təşkil olunan seminar ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.

 

Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarəedilməsi üzrə eksperti tərəfindən bu sahədə müşahidə olunan son trendlər, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə tətbiq olunan proqram yenilikləri və statistik göstəricilər haqqında ətraflı məlumat verilib.

 

Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində mövcud inkişaf tempi və kiber hücumlara qarşı təhlükəsizlik tələblərinin möhkəmləndirilməsinin zəruriliyini nəzərə alaraq MBNP-nin banklara ünvanladığı təhlükəsizlik tələbləri açıqlanıb.

 

Daha sonra qeyd olunan mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq, ödəniş xidmətləri sahəsində qarşıda duran prioritet hədəflər iştirakçılara təqdim edilib.

23.05.2017 07:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ