Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AtaBank” nüfuzlu elmi konfransın sponsoru olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaBank” nüfuzlu  elmi konfransın sponsoru olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda “AtaBank” ASC-nin sponsorluğu ilə “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” keçirilib.

 

“İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalı olub.

 

“Marja” xəbər verir ki, Dövlət İqtisad Universitetində (UNEC) keçirilmiş konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.

 

“XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır.

 

“AtaBank” Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə  ixtisaslı mütəxəssislər  olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korportav sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib ”,- deyə “AtaBank” ASC-nin  Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.

 

Konfransın sonunda “AtBank” ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.

23.05.2017 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ