Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İpoteka istiqrazlarının növbəti tranşı yerləşdiriləcək - 100 milyon manatlıq emissiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka istiqrazlarının növbəti tranşı yerləşdiriləcək - 100 milyon manatlıq emissiya

25 may 2017-ci il tarixində Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin 15 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. ASC-nin yaydığı məlumata görə, İstiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaqdır.

 

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 6 mart 2017-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

 

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

23.05.2017 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ