Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

İraq neft qiymətlərində yüksəlişi dayandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İraq neft qiymətlərində yüksəlişi dayandırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da Vyanada imzalanan anlaşmanın müddətini uzadılması barədə qərarı demək olar ki, bütün tərəflər arasında razılaşdırılıb. Səudiyyə Ərəbistanının nümayəndəsinin sözlərinə görə, sammit iştirakçıları anlaşmanın 9 ay uzadılmasına etiraz etmir. 

 

Lakin sammitin başlamasına 1 gün qalmış İraq tərəfi anlaşmanın yalnız 6 ay uzadılmasını dəstəkləyəcəyini bildirib. 

 

Bu açıqlama Londonda keçirilən konfransda İraqın "SOMO" neft şirkətinin rəhbəri Fələh Əlamri tərəfindən verilib. Qeyd edək ki, Əlamri öz açıqlamasını İraqın energetika nazirinin adından edib. Gözlənilməz xəbər S.Ərəbistanının energetika naziri Xalid əl-Falehin təcili olaraq Bağdada uçmasına səbəb olub.

 

İraq tərəfinin anlaşmanın müddəti ilə razılaşmaması neft qiymətlərinin düşməsinə səbəb olub. Hazırda "Brent" markalı neftin qiyməti dünənə nisbətən 0,7% azalaraq 53,46 dollar/barelə düşüb. Xatırladaq ki, neft hasilatının azaldılması ilə bağlı qərarın mayın 25-də Vyanada keçiriləcək 2 günlük iclasdan sonra açıqlanacağı gözlənilir.

 

© Report

23.05.2017 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ