Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Londonda Beynəlxalq Bankın xarici kreditorları ilə danışıqlar başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Londonda Beynəlxalq Bankın xarici kreditorları ilə danışıqlar başlayır

 

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda xarici öhdəliklərinin restrukturizasiyasını elan edən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) beynəlxalq kreditorları ilə görüşü baş tutacaq.

 

Görüş London vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 14:00) keçiriləcək. Artıq Azərbaycanın nümayəndə heyəti Londondadır.

 


Görüşdə Azərbaycanı maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov təmsil edəcəklər.

 

Bundan öncə X.Əhədov müsahibəsində bildirib ki, xarici öhdəliklərin restrukturizasiyası 37 əqdi əhatə edir.

 

Nyu-York Məhkəməsi ABB-nin müraciəti əsasında mayın 12-də dövlət bankının aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. X.Əhədov məhkəmənin qərarını şərh edərkən bəyan edib ki, öhdəliklərin restrukturizasiyası zamanı kreditorlar ABB-nin aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

 

Restrukturizasiya olunacaq öhdəliklərin məbləği 3 mlrd. 340 mln. dollar təşkil edir.

 

ABB restrukturizasiya prosesini mayın 11-də elan edib. Həmin gün Maliyyə Nazirliyi bəyan edib ki, adıçəkilən qurum ABB-nin kreditorlarına xarici valyutada dövlət istiqrazları verəcək.

 

© APA

23.05.2017 11:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ