Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda onlayn müflisləşmə və ya iflas reyestri yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda onlayn müflisləşmə və ya iflas reyestri yaradılacaq

Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

 

Bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.

 

Sənəddə bildirilib ki, KOS subyektlərinin müflisləşməsi məsələlərinə məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan KOS subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini də həll edəcək. Bu məqsədlər üçün müvafiq orqanlara KOS subyektlərinin fəaliyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışıqları təşkil etmək, borcların restrukturizasiyasında kömək etmək, fəaliyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürətlə icra etmək hüquqları veriləcək.  Azərbaycanda müflisləşmə prosedurları və ikinci fürsət sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə onlayn müflisləşmə və ya iflas reyestrinin yaradılması nəzərdən keçiriləcək. 

 

Bundam əlavə, reyestrin yaradılması çərçivəsində yenidən təşkiledilmə prosedurları, eləcə də əmlak inzibatçısının funksiyaları daha da təkmilləşdiriləcək. Bundan əlavə, əmlak inzibatçılarının peşəkar iş standartları, əxlaq qaydaları və ya intizamı haqqında qaydalar yaradılacaq. “Müflisləşmə və iflas haqqında” Qanunda müvafiq dəyişikliklər hazırlanacaq, prosedurların beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkmilləşdirmələr aparılacaq. Bu təkmilləşdirmələr mübahisələrin məhkəmədənkənar həlli imkanlarını da əhatə edəcək. Reyestrin yaradılması yenidən fəaliyyətə başlamaq istəyən sahibkarlıq subyektlərinə ikinci fürsət verilməsinə imkan yaradacaq. Nəticədə KOS subyektlərinin bərpa (iflas vəziyyətindən) tempinin qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq 4 faizə çatdırılması gözlənilir.

23.12.2016 06:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ