Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bitcoin rekorddan doymur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin rekorddan doymur

Coindesk-in Bitcoin Qiymət İndeksi dünən 11%-lik artımla 2289 dollar səviyyəsini gördü. Bu il dəyəri  100%-dən çox artan Bitcoin-in dəyəri, may ayında iki dəfə artıb. Bitcoinin bahalaşmasına xüsusilə Yaponiya və Çin investorların artan tələbatı təsirli edir.


 
"Marja" xəbər verir ki, Fond şirkəti "Robeco Global Allocation"ın Portfel direktoru Jeroen Blokland, Bitcoin-də baş verən "partlayış"ın böyüklüyünə diqqət çəkərək, 2010-cu ilin  İyul ayında 1000 dollara Bitcoin alanların bu gün 35 milyon dollarlıq bir sərvətin sahibi olacağını qeyd edib.


 
"Business Insider" saytı da, 22 May 2010-da bir rəqəmsal pul mütəxəssisinin 10 min Bitcoin ilə 2 pitsa aldığını xatırladaraq, 10 min Bitcoinin dəyərinin bu gün 20 milyon dolları keçdiyini yazıb.


 
Bitcoin bahalaşan tək şifrəli rəqəmsal pul vahidi deyil. Aprel-də bütün zamanların ən yüksək dəyərinə çatan digər bir şifrəli rəqəmsal pul vahidi də Ethereum olub.


 
130 dollara mübadilə edilən Ethereum qədər, son bir ay ərzində 1000% artım göstərən Ripple də diqqət çəkir. Ripple-ın qiyməti hazırda 0,35 dollar olaraq qeyd edilir.

23.05.2017 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ