Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın kredit ittifaqlarından biri satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kredit ittifaqlarından biri satılıb

 

Şamaxı rayonunun Qonaqkənd ərazisində fəaliyyət göstərən "Əlizamin" kredit ittifaqının sahibi dəyişib.

 

İttifaqın sədri Məcnun Dünyamalıyev rəhbərlik etdiyi maliyyə qurumunu Lənkəran şəhər sakini Fərid Rəcəbova satıb.

 

Bununla da ittifaqın nizamnamə kapitalının formalaşmasında iştirakı olan 19 Şamaxı sakininin payı 11 Lənkəran sakininə ötürülüb. Payçılarla yanaşı, ittifaqın adı da dəyişib. Kredit təşkilatı bundan sonra "Qala" kredit ittifaqı adı ilə fəaliyyət göstərəcək. Artıq yeni ad Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. Maliyyə qurumuna yeni ada uyğun lisenziya verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

 

Xatırladaq ki, alqı-satqı predmeti olan kredit ittifaqı 1999-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 35 960 manatdır.

 

© Report

23.05.2017 13:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ