Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft Fondunun 1 milyard dollar depoziti restrukturizasiya planında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondunun 1 milyard dollar depoziti restrukturizasiya planında

Dövlət Neft Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırdığı 1 milyard dollar depozit də restrukturizasiya planına daxil edilib.

 

Reklam_3_11

Bu barədə “Marja”ya Beynəlxlaq Bankdan bildirilib.

 

BEYNƏLXALQ BANK DÖVLƏTƏ 3,3 MİLYARD DOLLAR ÖTÜRÜLƏCƏYİNİ BİLDİRİR

 

Azərbaycan Beynəlxalq Bankı bildirir ki, Xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq. 1. Ticarət yönümlü təminatsız borclar; 2. Üstün hüquqa malik təminatsız borclar; 3. Subordinasiya krediti.  

 

Bu öhdəliklərin ümumi məbləği 3 milyard 343 milyon ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək.  

 

Diqqəti cəlb edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun Beynəlxalq Banka yatırdığı 1 milyard Dollar depozitin də 3,3 milyard olduğu bildirilən xarici öhdəliklərə daxil edilməsidir. Neft Fondunun depoziti xaric öhdəliklər təxminən 2,3 milyard dollardır.

 

 

SAMİR ŞƏRİFOV: ABB-NİN 2,4 MİLYARD DOLLAR XARİCİ BORCU DÖVLƏTƏ ÖTÜRÜLƏCƏK

 

Maliyyə naziri Samir Şərifov da bildirib ki, təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. ABŞ dolları həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verimiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir.

 

NEFT FONDUNUN DEPOZİTİ SİLİNİR?

 

Beynəlxalq Bankın açıqladığı rəqəm ilə Samir Şərifovun açıqladığı rəqəm arasında təxminən 1 milyard dollar fərq var. Ehtimal ki, bu fərq Neft Fondunun ABB-yə yatırdığı depozitdir. Hələlik, Neft Fondunun vəsaitinin necə qaytarılacağı şərh edilmir. 

Daha ətraflı: https://www.ibar.az/site/assets/files/3434/20170523_-_iba_investor_presentation_vf.pdf

23.05.2017 17:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ