Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mercedes-ə polis basqını

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mercedes-ə polis basqını
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ştuttqart Prokurorluğu tərəfindən aparılan emissiya qalmaqalı istintaqı çərçivəsində Mercedes-in dörd ayrı əyalətdəki 11 obyektində axtarış aparılır.
 
 
Polis və prokurorluq tərəfindən edilən açıqlamada, Baden-Vürtemberq, Berlin, Saksoniya, Aşağı Saksoniya əyalətindəki Mersedes-Benz obyektlərində 23 prokuror və 230 polisin iştirak etdiyi əməliyyatla emissiya dəyərlərində oynama iddialarına dair dəlil axtarılır.


 
"Marja" Almaniya mətbuatına istinadən xəbər verir ki, Mercedes dizel qalmaqalı çərçivəsində həyata keçirilən axtarışları təsdiqləyib, amma ətraflı məlumat verməyib. "Bild" qəzeti isə, istintaqın hədəfində şirkətin yüksək səviyyəli rəhbərləri olmadığını yazıb.


 
Prokurorluq Mart ayında Mercedes əməkdaşları haqqında dizel qalmaqalı çərçivəsində istintaq aparılacağını bildirmişdi. Prokurorluqla əməkdaşlıq ediləcəyini açıqlayan Mercedes, manipulyasiya iddialarını rədd edir.


 
2015-ci ildə bir başqa Almaniya avtomobil nəhəngi olan Volkswagenin  dünya miqyasında milyonlarla avtomobilin emissiya dəyərlərini xüsusi bir proqram ilə aşağı göstərdiyi ortaya çıxmışdı.

24.05.2017 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ