Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft, ABŞ-dan gələn xəbər ilə bir qədər də bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-dan gələn xəbər ilə bir qədər də bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qymətləri, OPEC-in hasilatın azaldılması müqaviləsini uzatmağı müzakirə etmək üçün Vyanada toplaşmasından əvvəl, ABŞ-da ehtiyatların azalması ilə əlaqədar olaraq bir qədər yüksəlib.
 

"Marja" xəbər verir ki, sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, neft ehtiyatları ötən həftə 1.5 milyon barrel düşüb. 

 

Digər tərəfdən Əlcəzairin energetika naziri Noureddine Boutarfa verdiyi açıqlamada, OPEC və müttəfiqlərinin müqavilənin 2018-ci ilədək uzadılması barədə qərar qəbul etməyə yaxın olduqlarını və hazırda əlavə təkliflərin gələ biləcəyini deyib.
 


Neft, Səudiyyə Ərəbistanı və Rusiyanın, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və müttəfiqləri tərəfindən imzalanan hasilatın azaldılması müqaviləsinin doqquz ay uzadılması üçün səy göstərməsi ilə birlikdə dəyər qazanıb.

 

OPEC Cümə axşamı günü Vyanada toplaşacaq. Yüksək səviyyələrdə olan qlobal ehtiyatların azalması uzun zaman alarkən, ABŞ-da hasilatın azalmağa başladığına dair işarələr optimizmin artmasına səbəb olur.


 
"Qiymətlər qısa müddətdə 50- 55 dollar arsında dalğalanacaq",- analitiklər bidirirlər.


 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 12 sent yüksələrək 51.59 dollara, Brent nefti  Londonda  ICE Futures Europe birjasında 14 sent yüksələrək bareli 54.29 dollara qalxıb.

24.05.2017 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ