Trump, strateji neft ehtiyatlarını satmağı planlaşdırır

ABŞ Prezidenti Donald Trumpın, 2018 büdcə təklifi çərçivəsində ölkənin strateji xam neft ehtiyatlarının yarısını satmağı planlaşdırdığı bildirilib.


 
"Marja" xəbər verir ki, Ağ Evdən ABŞ Konqresinə göndərilən 2018 maliyyə ili büdcə layihəsinə görə, ölkənin strateji xam neft ehtiyatlarının oktyabr ayında başlayacaq 2018 maliyyə ilindən etibarən gələcək 10 il ərzində mərhələli olaraq satılmasının planlaşdırdığı qeyd olunub.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ


 
Həmin satışlardan 2018 maliyyə ilində 500 milyon dollar, 2018-2027-ci maliyyə illəri arasında da cəmi 16,6 milyard dollar gəlir əldə edilməsi planlaşdırılır.


 
 ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ötən həftə etibarilə ölkənin 688 milyon barel strateji xam neft ehtiyatı var.
 


Mütəxəssislər sözügedən ehtiyatların, müharibə, təbii fəlakət, qlobal neft bazarında qıtlıq kimi hallarda ölkədə xam neft çatışmazlığının baş verməməsi üçün əhəmiyyət daşıdığını vurğulayır.

 

SƏRFƏLİ KART İSTƏYİRSİNİZ?


 
ABŞ Konqresi tərəfindən 2015-ci və 2016-da qəbul edilən büdcə qanunları ilə, 2017-2025-ci maliyyə illəri arasında ehtiyatlardan 190 milyon barrel neft  satılaraq ABŞ-ın avtomobil yolları infrastrukturuna xərclənməsinə icazə vermişdi.

24 May 2017 , 10:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin