Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft hasilatının azaldılmasının 12 ay uzadılması da müzakirə ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft hasilatının azaldılmasının 12 ay uzadılması da müzakirə ediləcək

Bu cümə axşamı günü OPEC və qrup ilə birlikdə hərəkət edən digər istehsalçılar, neft hasilatının azaldılması müqaviləsinin doqquz ay zadılmasına dair razılığa gələ bilərlər.


 
"Marja" xəbər verir ki, Vyanada toplaşacaq rəsmilərin variantları  - müqavilənin 6 ay, 9 ay və ya 12 ay davam etdirilməsidir. Ən çox müzakirə olunacaq variant isə razılaşmanın 2018-ci ilin Mart ayına qədər uzadılmasıdır.

 

Əlcəzairin energetika naziri Noureddine Boutarfa  "Mövcud vəziyyətdə doqquz ay üzərində razılaşma olacağını düşünürəm. Amma bəlkə də sabah başqa bir təklif ola bilər" deyib.


 
Küveytin neft naziri İssam Almarzooq, Çərşənbə Axşamı günü məsələyə dair şərhində "hər kəsin" doqquz ayı hələ qəbul etmədiyini bildirib. Qazaxıstan və İran məsələyə dair fikrini hələ açıqlamayan ölkələr arasındadır.


 
OPEC və OPEC-ə daxil olmayan ölkənin rəsmiləri Çümə axşamı günü Vyanada toplaşacaqlar. Mövzuya yaxın mənbələrə görə, rəsmi şəxslər müqavilənin daha əvvəl müzakirə edildiyi kimi - 6 ay, 9 ay və ya 12 ay uzadılmasını müzakirə edəcəklər. Hələ 12 aylıq müddəti açıq şəkildə dəstəkləyən iştirakçı ölkə yoxdur.

24.05.2017 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ