Ən yuxarı (mobil)-2_30

Rüfət Aslanlı İranın səfrini qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rüfət Aslanlı İranın səfrini qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Palatdan “Marja”ya daxil olmuş məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə iki ölkə arasında bank, sığorta və digər sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

 

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı ölkənin maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib. Səfir Cavad Cahangirzadə ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlərin olmasından və investisiya qoyuluşu, bank sahəsi və digər istiqamətlər üzrə əməkdaşlıq potensialının artırılması üçün mövcud imkanlardan söz açıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

23.12.2016 07:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ